Aldığı mənzilə görə ödəniş etmək istəyən qadının pulu oğurlandı - VİDEO - FOTOLAR

12 октября 2017 14:11

Day.Az представляет новость на азербайджанском языке

Xırdalan şəhərində aldığı mənzilə görə ödəniş etmək istəyən qadının pulu oğurlanıb.

Day.Az xəbər verir ki, bu barədə report-a "Kristal Abşeron MTK"nın inşa etdiyi binada yaşayan Xədicə Arzum qızı Kərimova özü məlumat verib

O bildirib ki, pul kisəsini Heydər Əliyev prospektində yerləşən yaşadığı binanın həyətindəki oturacaqda unudub.

X.Kərimova polislərə müraciət etdikdən sonra pul kisəsinin tapıldığını, lakin içərisindəki 550 manatın yerində olmadığını deyib. O, həmin pulu kreditlə aldığı mənzilin aylıq ödənişinə verməli olduğunu bildirib. Mühafizə işçiləri kamera görüntülərinə baxdıqda pul kisəsinin X.Kərimovanın qonşuluğunda yaşayan qadın tərəfindən götürüldüyünün şahidi olublar.

"Report"un əməkdaşları (müxbir və operator) hadisənin təffərrüatını öyrənmək üçün həmin ünvana yollanıb. Mətbuat işçilərini qarşılayan bina sakinləri və həmin yaşayış kompleksinin mühafizəçiləri çəklişə mane olmaqla yanaşı jurnalistlərlə əlbəyaxa olublar. Vəziyyət o həddə çatıb ki, çəkiliş heyətinin təhlükəsizliyini təmin etmək üçün hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları gəlib.

 

Yalnız bundan sonra hücuma məruz qalan jurnalistlər işlərini sona çatdıra biliblər.
Faktı ilə bağlı Abşeron RPİ-nin əməkdaşları oğurluqda şübhəli bilinən qadının izahatını alıb, araşdırmalar davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Xırdalanda aldığı mənzilə görə ödəniş etmək istəyən qadının pulu oğurlanıb

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!