Bakıda zəncirvari qəza: 5 yaralı var

12 октября 2017 15:36

Day.Az представляет новость на азербайджанском языке

Bakı şəhərinin Xəzər rayonunda zəncirvari avtomobil qəzası baş verib.

Day.Az lent.az-a istinadən xəbər verir ki, Mərdəkan qəsəbəsində "Mercedes", "Tofaş" və "Renault" markalı 3 minik avtomobili bir-birinə çırpılıb. Nəticədə avtomobillərdə olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.