Azərbaycana gətirilən yağ qutularından 126 qutu siqaret çıxdı

Day.Az представляет новость на азербайджанском языке

Yağ qutularından siqaret aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Day.Az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postundan keçməklə Rusiya Federasiyasından ölkəmizə gələn Azərbaycan vətandaşının əl yüklərinə gömrük baxışı keçirilib.

Bu zaman vətəndaşa məxsus yağ qutularındakı yağların altından ümumi sayı 126 qutu olan "Belomorkanal" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.