16 yaşlı qohumunu qaçıran oğlanın özünü "qaçırdılar" - Qızın qardaşının qisası ağır oldu

12 октября 2017 16:30

Day.Az представляет новость на азербайджанском языке

Ankaranın Kahramankazan qəsəbəsindəki xəstəxanada silahlı qarşıdurma baş verib.

Milli.Az CNN-ə istinadən xəbər verir ki, Kahramankazanda 25 yaşlı Ömer Doğan 16 yaşlı qohumu R.D.-ni qaçırarkən güllə yağışına tutulublar. Belə ki, onları təqdib edən qızın qardaşının atəş açması nəticəsində maşını idarə edən 40 yaşlı Ekrem Genç dünyasını dəyişib.

Hadisə ilə bağlı 13 nəfər saxlanılıb. Polisə ifadə verərkən səhhəti pisləşən şübhəlilərdən Aziz Erol xəstəxanaya çatdırılıb. Bu an xəstəxanada baş verən silahlı qarşıdurma zamanı bir polis məmuru şəhid olub, şübhəli Aziz Erol isə ağır yaralanıb.

TƏFƏRRÜAT

Olay Ankaranın Polatlı qəsəbəsində işləyən 25 yaşlı Ömer Doğanın Kahramankazanda qohumu olan 16 yaşlı R.D. ilə sevgili olması ilə başlayıb. Ömer Doğan onun ailəsinə R.D. ilə evlənmək istədiyini deyib. Ailəsi bu istəyi rədd edib. Bunlardan sonra Ömer Doğan aralarında Ekrem Gençin də olduğu 3 dostu ilə Kahramankazan qəsəbəsinə gələrək R.D.-ni qaçırıb.

Qızlarının qaçırıldığını görən ailənin yaxınları avtomobillə təqibə başlayıblar. Kahramankazandan başlayan təqib Ankara dairəsi yolundan yenidən qəsəbəyə qədər davam edib. Saatla davam edən təqib Kahramankazanın İmrendi Məhəlləsində sona çatıb. Qızın yaxınları avtomobilin təkərlərinə silahlardan atəş açaraq maşının sürətini aşağı salmağa nail olub, daha sonra da maşını sıxaraq yoldan çıxarıblar.

Maşından düşən qızın 25 yaşlı qardaşı Abdulkadir Doğanın silahdan açdığı atəş nəticəsində qızın olduğu avtomobilin sürücüsü 6 uşaq atası, 40 yaşlı Ekrem Genç yerindəcə ölüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!