Oğurluqla narkotik alan şəxsin etirafları - VİDEO

12 октября 2017 17:44

Day.Az представляет новость на азербайджанском языке

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində oğurluqlar törətməkdə şübhəli bilinən Hökməli qəsəbə sakinini saxlayıblar.

Day.Az ARB TV-yə istinadən xəbər verir ki, narkotik aludəçisi olan 26 yaşlı Ruhan MəmmədovAşağı Güzdək qəsəbəsində şirkətə məxsus qarajdan oğurluq edəndən sonra yaxalanıb.

Qarajdan apardığı açar dəsti, laqonda və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb. Məmmədov rayon ərazisində çox saylı oğurluq hadisələrini də törətdiyini gizlətməyib. O, oğurluq yolu ilə əldə etdiyi pullarla narkotik maddələrə olan təlabatını ödəyib.

Faktlarla bağlı cinayət işi açılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Oğurluqla narkotik alan şəxsin etirafları

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!