Tikintidə işləyənlərin neçə faizi əmək müqaviləsiz işləyir?

Day.Az представляет новость на азербайджанском языке

''ASAN xidmət''in monitorinq mərkəzi tərəfindən keçirilən yoxlamalardan sonra məlum olub ki, tikintidə işləyənlərin 27%-i əmək müqaviləsi olmadan çalışır. Həmin şirkətlər haqqında məlumatlar toplanaraq aidiyyatı orqanlara göndərilib. Qeyd edək ki, belə monitorinqlər mütəmadi olaraq davam etdiriləcək

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, tikintidə işləyənlərin 27%-nin əmək müqaviləsi yoxdur. Bu rəqəm ASAN xidmət"in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən keçirilən yoxlamalardan sonra aşkarlanıb
Monitorinq nəticəsində aşkar olunmuş faktlar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş prokurorluğa yönləndirilib.
Mütəmadi olaraq dövlət orqanları tərəfindən tikinti şirkətləri ilə bağlı məlumatlar təhlil ediləcək. Hansısa bir tikinti şirkəti haqqında şübhə yarandığı halda Mərkəz tikinti obyektlərində səyyar monitorinq həyata keçirəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.