Cəlilabadda minik avtomobili yük maşını ilə toqquşub, 1 nəfər yaralanıb

12 октября 2017 22:57

Day.Az представляет новость на азербайджанском языке

Cəlilabadda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Day.Az "Report"a istinadən bildirir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Maşlıq kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "Kamaz" markalı yük və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində "VAZ-2107" markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alıb. Yaralı sürücü dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.