Bakıda ağır qəza

Day.Az представляет новость на азербайджанском языке

Bakının Nərimanov rayonunda iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Day.Az report.az-a istinadən bildirir ki, Atatürk prospektində yüksək sürətlə hərəkət edən "Azsamand" markalı avtomobilin sürücüsü ara məsafəsi saxlamadığı üçün qarşısındakı "BMW"yə çırpılıb.

Nəticədə xəsarət alan olmasa da, "Azsamand" deformasiyaya uğrayıb.
Qəza baş verən əraziyə yol polisləri cəlb edilib.

Hər iki sürücünün izahatları alınıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.