Avtomobil piyadanı vurub

13 октября 2017 21:49

Day.Az представляет новость на азербайджанском языке

Ucarda  piyadanın xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Ucar rayonun H. Əliyev küçəsi ev 21-də yaşayan, 1949-ci il təvəllüdlü Gülgəz İsgəndər qızı İsgəndərova müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib. G. İsgəndərovanın sözlərinə görə, yolu keçmək istəyərkən onu, "Mercedes" markalı minik maşını vuraraq hadisə yerindən qaçıb. Həkimlər yaralının vəziyyətinin stabil olduğunu deyirlər. 

Faktla bağlı  Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.