Bakıda qadını maşın vuraraq öldürüb

Day.Az представляет новость на азербайджанском языке

Bakının Yasamal rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Day.Az report.az-a istinadən bildirir ki, rayon ərazisində yolu keçmək istəyən 65 yaşlı qadını minik avtomobili vurub.

Sürücü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib. Sürücü məsuliyyətə cəlb edilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.