Bakıda “Agdam” nömrəli “Mercedes” peyda oldu

Day.Az представляет новость на азербайджанском языке

Bakıda "Ağdam" nömrəli "Mercedes" görənlərin diqqətini çəkir. Çünki bu avtomobilin nömrəsi elə "Ağdam"dır. Yəni, nömrə yerinə, sadəcə, "Ağdam" yazılıb.

Day.Az xəbər verir ki, həmin avtomobil bazar günü Xarici İşlər Nazirliyinin qarşısında hərəkət edərkən avtosfer.az-ın kamerasına tuş gəlib. Avtomobil Gürcüstanda qeydiyyatdadır. Elə nömrəsi də Gürcüstan nömrəsidir. Sürücünün isə ağdamlı olduğu bildirilir.

Qeyd edək ki, dünyanın bir çox yerlərində avtomobillərin nömrə yerinə müxtəlif adların yazılmasına icazə verilir. Bu, olduqca bahalı proses olsa da, bəzi sürücülər xeyli pul xərcləyib nömrə yerinə ya öz adlarını, ya da hansısa bölgə adını yazdıra bilirlər. Yəni, bu proses qanuni olaraq həyata keçirilir. Artıq qonşu Gürcüstanda da bunu edirlər. Azərbaycanda da əksər sürücülər bunu arzulayır. Hər halda, qanunda dəyişiklik edilərsə, imkanlı şəxslər xeyli miqdarda dövlət rüsumu ödəyərək bunu edə bilər. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda