"Bu yaxınlarda "Barselona" ilə heç-heçə oynayan komandaya qarşı çıxış edirik"

Day.Az представляет новость на азербайджанском языке

Day.Az apasport.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl "Atletiko" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Bir xala görə "Qarabağ"ı təbrik eləmək olarmı?

- Hamınız şahid oldunuz, komandamız bir daha sübut elədi ki, Avropanın ən güclü rəqibləri ilə də başabaş oynamaq olar. Bu komanda bu gün adımızı, Azərbaycanımızı layiqincə təmsil etdi. Bu, xalqımızın gücüdü. Əminəm ki, dünya bu oyunu alqışlayacaq. Biz bu gün qürurla vidalaşırıq. Hesab edirəm ki, bu oyunu Madirddə də göstərə bilsək, nəticə ala bilərik.
 
- Yəqin ki, nəticə sizdə sevincdən çox təəssüf hissi yaradıb...

- Təbii ki elədi. Yaxşı imkanlarımız var idi, penalti epizodu da mübahisəli idi. Onlardan yararlana bilsəydik, daha yaxşı olardı. Hakimin göstərdiyi qırmızı vərəqə məni çox narahat etdi. "Atletiko" kimi komandaya qarşı 18 dəqiqə 10, son dəqiqələrdə isə 9 nəfərlə oynadıq. Mən hesab edirəm ki, biz bu oyunu udduq. Özümüzü qalib hesab edirik.
 
- Bu oyundan sonra Avropa Liqasına getmək üçün ümid yarandımı?

- Etiraf edək ki, ola biləcək ən ağır qruplardan birinə düşmüşük. Hesablara baxırıq 1 xalımız var. Önümüzdəki matçlara baxırıq, heç olmasa bir qələbə qazansaq, nəyəsə ümid edə bilərik. Ümumiyyətlə, hesab edirəm ki, şansımız var.
 
- Dino Ndlovu zədələndi və cavab oyununda meydana çıxmaya bilər. Bu, sizi narahat eləmir?

 

- Bizim üçün itkidi, ancaq Qurban müəllim özü bir çarə edəcək.

- Sizcə "Qarabağ" üçün ən uyğun rəqib "Atletiko"du?

- "Atletiko"nun xüsusilə əks hücumları çox məşhurdu. Çox yüksək, dünya səviyyəli komandadı. Bu yaxınlarda "Barselona" ilə heç-heçə oynayan komandaya qarşı çıxış edirik.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.