"Maşın"da şok plan - Elşadın gizli ssenarisi açıqlandı

Day.Az представляет новость на азербайджанском языке

ATV-də "Xanımlar və cənablar" devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub.

Day.Az baku.ws-ə istinadən xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar müğənni Rauf Əhmədovu SMS səsverməsinə çıxarıblar. O, şəklinin atılacağından əvvəlcədən xəbərdar olduğunu bildirib və əvvəlcədən elan etdiyi kimi Mehriban Xanlarovanı hədəf seçib. 

Gözündə qara eynəklə efirə çıxan Mehriban Xanlarova hədəf seçilməyinin ona pis təsir etdiyini bildirib. "Dünən Rauf Vüsalə Kərimovanı çıxaracağını demişdi. Amma sonradan fikrini dəyişməsi məni bu eynəyi taxmağa vadar etdi". 

Xatun hesab edir ki, Elşad Xose Raufu fikrini dəyişməyə vadar edib. "Çünki Rauf bu gün yox, sabah səsverməyə çıxacağını açıqlamışdı". 

Elşad Xose Raufu qabağa verdiyini etiraf edib. Hətta efirdən öncə çəkilən sujetdə də bu ssenarinin Elşad Xose tərəfindən hazırlandığı bəlli olub. Elşad Xose sabah Talıb Talenin, birisi gün isə özünün SMS səsverməsinə çıxacağını deyib. O, Raufla təklikdə qalanda ya qızlardan birni, ya da Talıbı çıxaracağını deyib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Maşında şok plan - Elşadın gizli ssenari açıqlandı

Elşad Xose hamını məcbur edir...

Elşad Xose, Raufu məcbur edib səs verməyə çıxartdı