Türkiyə mətbuatı "Qarabağ"dan yazdı: "Qardaş "Qarabağ" tarix yazdı!"

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə mətbuatı "Qarabağ"dan yazıb.

Day.Az bildirir ki, Türkiyənin milliyet.com.tr saytında Qardaş "Qarabağ" tarix yazdı! -  "Atletiko"ya zərbə başlıqlı xəbər yayımlanıb.

Day.Az Türkiyə mətbuatında "Qarabağ"ın oyunu haqda yayımlanan xəbəri təqim edir:

Çempionlar Liqasında ilk dəfə oynayan Azərbaycan komandası "Qarabağ", öz stationunda dünya nəhəngi "Atletiko Madrid"lə qolsuz bərabərə qalaraq tarixi uğura imza atıb.

UEFA Çempionlar Liqası C Qrupu 3-cü həftə oyununda Azərbaycanın "Qarabağ" komandası, meydançasında İspaniya təmsilçisi "Atletiko Madrid"lə 0-0 bərabərə qalıb.

Paytaxt Bakıdakı Olimpiya Stadionunda baş tutan oyunu Fransız hakim Ruddy Buquet idarə edib. Qarşılaşma heç-heçə hesabla başa çatıb.

Tarixi xal

Azərbaycan tarixində Çempionlar Liqası gruplarında oynayan ilk komanda olan Qarabağ, bu nəticəylə qrupdakı ilk xalını qazandı. Qrupda "Atletiko Madrid" də 2 xala yüksəlib.

C Qrupunun 4-ci həftəsində "Qarabağ"la "Atletiko Madrid" 31 Oktyabr çərşənbə axşamı günü bu dəfə İspaniyada qarşı-qarşıya gələcək.

Xəyal Abdullayev

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.