"Qarabağ"da ciddi itki: azı 3 həftə oynamayacaq

Day.Az представляет новость на азербайджанском языке

Çempionlar Liqasının qrup mərhələsinin III turunda keçirilən "Qarabağ" - "Atletiko" (0:0) matçında zədələnən Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.

Yenicag.az xəbər verir ki, ilkin müayinədən sonra müdafiəçinin 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı bəlli olub. Bunu saytımıza açıqlamasında Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib. Onun sözlərinə görə, növbəti müayinədən sonra aparıcı futbolçunun durumuna tam aydınlıq gələcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.