Şahzadə və Meqan toya hazırlaşırlar

Day.Az представляет новость на азербайджанском языке.

Şahzadə Harri və Meqan Markl bir ildir ki, eşq yaşayır. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Harri aktrisaya evlənmə təklifi edib və "hə" cavabı alıb. Cütlük, hələ ki, bunu açıq elan etmir. Buna səbəb şahzadə Diananın ölümünün 20 illiyinin yeni tamam olmasıdır. İkincisi isə noyabrda Yelizaveta ilə şahzadə Filippin ailə qurmasının 70 illiyini qeyd etməyə hazırlaşmasıdır. 

Digər tərəfdən isə Uilyam və Middlton üçüncü övladını gözləyir. Körpə apreldə doğulacaq. 

Buna görə də Meqan və Harri nişan və toy üçün vaxt təyin edə bilmir. Onlar məclisi qarışıq zamanda etmək istəmir. Cütlük toyu 2018-ci ilin yayın əvvəlinə planlaşdırır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.