"Maşın" şounun finalçıları məlum oldu

Day.Az представляет новость на азербайджанском языке

ATV-də yayımlanan "Maşın" şounu növbəti iştirakçı tərk etdi.

Metbuat.az bildirir ki, bununla iştirakçıların taleyinin səsvermə yolu ilə həll olunması artıq geridə qaldı.

Belə ki, qutudan hamının "Bozbash Pictures"dən Qılman kimi tanıdığı İlkin Misgərlinin şəkli daha çox çıxdı. O, səs toplayacağı təqdirdə müğənni Talıb Talehi oyundan kənarlaşdıracağını bildirdi. T.Taleh isə bu seçimin gözlənilməz olduğunu və aktyorun ondan qorxduğu üçün belə qərar verdiyini söylədi. İlkin də həmçinin dedi ki, müğənini özü üçün güclü rəqib bildiyindən onu oyundan kənarlaşdırmağı hədəf seçdi.

Bu qarşıdurma ilə iki qadın iştirakçının rahatlıqla finala qalması təmin olundu. Onlar da İlkin Misgərlini dəstəklədiklərini bildirdilər.

Şounun sonunda səsvermə nəticələri açıqlandı və həyacanlı anlara son qoyuldu. Bu nəticələrdən sonra "Bozbash Pictures"in sevimlisi yarışı tərk etməli oldu. Baxmayaraq ki, İlkin Misgərli yarışmada qalacağına inanırdı. Belə ki, "Getsin"nə gələn səslərin "Qalsın"ı üstələməsi, Talıb Talehi oyunda saxladı.

Beləliklə, Aysel Əlizadə, Xatun Əliyeva və Talıb Taleh finalda mübarizələrini davam etdirəcəklər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.