https://news.day.az/azerinews/944171.html ​Maşın şoudan yeni xəbər - Xatun mübarizəni davam etdirdiyini bildirib - FOTOLAR Day.Az представляет новость на азербайджанском языке Bu gün ATV-də yayımlanan "Maşın" realiti şousunun qalibinin müğənni Talıb Talenin olması ilə bağlı xəbər yayıldı. Metbuat.az xəbər verir ki, bundan sonra müğənninin sosial şəbəkə hesabında məlumat paylaşıldı. Məlumatı paylaşan şəxsin müğənninin özü olmadığı bilinir.

​Maşın şoudan yeni xəbər - Xatun mübarizəni davam etdirdiyini bildirib - FOTOLAR

Azərbaycanca, 24 октября 2017 15:01 (UTC +04:00) 7 157
​Maşın şoudan yeni xəbər - Xatun mübarizəni davam etdirdiyini bildirib

Day.Az представляет новость на азербайджанском языке

Bu gün ATV-də yayımlanan "Maşın" realiti şousunun qalibinin müğənni Talıb Talenin olması ilə bağlı xəbər yayıldı.

Metbuat.az xəbər verir ki, bundan sonra müğənninin sosial şəbəkə hesabında məlumat paylaşıldı. Məlumatı paylaşan şəxsin müğənninin özü olmadığı bilinir. Məlumatda deyilir ki, "Talıbdan hələlik heç bir xəbər yoxdur".

"Çoxlu mesajlar gəlir. Həqiqətən, bizdə heç bir məlumat yoxdu. Biz də sizin kimi xəbərləri izləyirik. Diqqətinizə görə təşəkkür edirik".

Bundan əvvəl isə digər yarışmaçı, müğənni Xatun Əliyeva instaqram hesabında paylaşım edib. O, mübarizəni davam etdirdiyini bildirib:

"Dəyərli xalqım, dualarınızı əsirgəməyin. İnşallah, qalib olub, görüşünüzə yeni maşınımla gələcəm".

Bu məqam izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Bir çox sosial şəbəkə istifadəçiləri əslində, xəbərin bilərəkdən ötürüldüyünü, sürpriz sonluğa xidmət etdiyini düşünürlər. Yəni, Talıb yayılan xəbərlərdə qalib göstəriləcək, veriliş əsnasında isə Xatun qalib olacaq.

Bu arada bir məqama da diqqət çəkmək istərdik. Şou ilə bağlı keçirilən mətbuat konfransında aparıcı Murad Dadaşov "Budəfəki qalibin xanım olacağını güman edirəm" demişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости