Vüqar: "Talıb hara, Tünzalə hara?"
Day.Az представляет новость на азербайджанском языке
"Maşın şou"nun final mərhələsinə qatılmayanlardan biri də tanınmış meyxanaçı Vüqar Əbdülovdur.
Day.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən sənətçi səbəbi belə izah edib:
"Bakıda deyildim, rayona getmişdim. "Maşın şou"dan mənə zəng edib, dəvət etdilər. Dedim ki, gələ bilməyəcəm. Heç efirdən də final mərhələsini izləməmişəm. İnternet vasitəsi ilə bəzi kadrlara baxmışam. Qalibi də təbrik edirəm. Sənət baxımından götürəndə Talıb hara, Tünzalə hara?"
V.Əbdülov şouda yaşanan incikliklərini də dilə gətirib:
"Ürəyimdə incikliklər qalıb. İllərlə dostluq etdiyim aktrisa Tünzalə Əliyeva, sevilən sənətkarlar Arif Quliyev, Mehriban Xanlarova və digərləri ilə aramızda soyuqluq yaratdılar. Bəzi insanların hökmranlıq iddiası şou iştirakçıları arasında ögey-doğmalıq saldı. Buna təəssüf edirəm".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре