Namiqdən sərt açıqlama: "Həyatlarını qurtardıqlarım mənə cırmaq atdılar"

Day.Az представляет новость на азербайджанском языке

Bu gün ömrümün 39-cu ilinə qədəm qoydum. Bu illərin çoxunu özümdən çox başqalarına həsr etdim. Əvəzində isə özümə qarşı nankorluq və pislik gördüm. Həyatlarını qurtardığım, həyatlarını həyat etdiklərim, bir az güc yığan kimi mənə cırmaq atdılar.

Day.Az xəbər verir ki, bu sözləri bu gün ad günü olan meyxanaçı Namiq Qaraçuxurlu öz Facebook hesabında yazıb.

Heç kimlə düşmənçilik etmədiyini deyən sənətçi sözlərinə bu cür davam edib:

"Yalandan üzümə gülənləri, mənə düşmənçilik edənləri açıq şəkildə qəlbimdə tanıdım, amma heç bir addım atmadım. Məni hər bir çətinlikdən Allahım qorudu. Kişi xasiyyətimi qoruyaraq heç kimə cavab vermədim. Az olsa da artıq özüm üçün yaşamağa başlamışam. Məni sevən tamaşaçılarım var. Bu, nəyin bahasına olursa olsun şəxsiyyətimə, sənətimə verdiyim dəyərə görə Allahımın dəyişməyən hədiyyəsidir. Doğmalarım, yaxşı ki varsınız. Sizinlə çox xoşbəxtəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.