İranda zəlzələ nəticəsində ölənlərin sayı 440-ı ötüb - YENİLƏNİB - FOTO -VİDEO

13 ноября 2017 20:52

Day.Az представляет новость на азербайджанском языке

----------
20:52

İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 445-ə çatıb.

Day.Az Trend-ə istinadən bildirir ki, 7 mindən artıq yaralı var.

----------

18:37

Son məlumata görə, İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 407-ə çatıb.

Day.Az Trend-ə istinadən bildirir ki, bu rəqəm İranın yerli mediası tərəfindən səsləndirlib.

Yaralıların sayı isə təxminən 6700 qeyd olunur.

----------
16:24

Noyabrın 12-də axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 372 nəfərə çatıb.

Day.Az Trend-ə istinadən bildirir ki, təbii fəlakət nəticəsində təqribən 6000 iranlı xəsarət alıb.

İraqın şimalında isə təbii fəlakət nəticəsində ölənlərin sayı 7-yə, yaralananların sayı isə 425 nəfərə çatıb.

Xatırladaq ki, zəlzələ 7,4 bal gücündə qeydə alınıb.

----------
14:05

Ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 328 nəfərə çatıb.

Day.Az-ın Trend-ə istindən məlumatına görə, təbii fəlakət nəticəsində təqribən 2500 nəfər xəsarət alıb.

İraqın şimalında isə təbii fəlakət nəticəsində 6 nəfər ölüb, 200-dən çox yaralı var.

Xatırladaq ki, zəlzələ 7,4 bal gücündə qeydə alınıb.

XXX

İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 339 nəfərə çatıb, 2500-dən çox adam xəsarət alıb.

Report "Press TV"yə istinadən xəbər verir ki, bu barədə İranın təbii fəlakətlərə qarşı mübarizə üzrə Milli Təşkilatından bildirilib.

İSNA-nın məlumatına görə, 5346 nəfər xəstəxanalara çatdırılıb, onların bir hissəsi sonradan evə buraxılıb.

----------
09:54

İranın qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində 200 ölüb, 1600 nəfər xəsarət alıb.

APA-nın Tehran bürosunun məlumatına görə, hazırda xilasetmə işləri davam etdirilir. Hadisə ilə əlaqədar Kirmanşah əyalətində 3 günlük matəm elan olunub.

---------
09:29

Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 14 afterşok qeydə alınıb.randa baş verən zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə "Fars" agentliyi xəbər verib. Bundan əvvəl 129 nəfərin öldüyü, 1000-dən çox insanın yaralandığı bildirilirdi.

İraq ərazisində 6 nəfər təbii fəlakət qurbanı olub. Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 10-dan çox təkrar yeraltı təkanlar qeydə alınıb.

XXX

İran-İran sərhədində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 164-ə çatıb. Trend-in məlumatına görə, bu rəqəmi İranın Press TV telekanalı səsləndirib.

Xatırladaq ki, İran-İraq sərhədində 7,4 bal gücündə zəlzələ baş verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Число жертв от землетрясения в Иране силой 7,4 балла возросло до 141