Azərbaycanlı aktrisa: "Evlənmirəm, amma münasibətim ciddidir" - FOTO

13 ноября 2017 18:53

Day.Az представляет новость на азербайджанском языке

Ötən ay evlənəcəyi ilə bağlı xəbərlər yayılan aktrisa və aparıcı Aysel Nazim yayılan informasiyanı təkzib edib.

Day.Az xəbər verir ki, publika.az-a danışan Ayselin müsahibəsini təqdim edirik.

- Haqqınızda "evlənəcəksiniz" deyə xəbərlər çıxdı. Nə məsələdir?
- O evlənmə xəbərini boş verin. Elə şey yoxdur.

- Evlənən ərəfədə ayrılmısınız?
- Yox, ayrılmaq deyil. Dedim ki, ürəyimdə biri var. Demədim ki, evlənirəm. Ciddidir mi? Hə, ciddidir.

- Amma evlənmirsiniz də?
- Bu dəqiqə yox, evlənmirəm.

- Ailənizdən, yaxınlarınızdan münasibəti kimsə bilir?
- Hə, bilirlər.

- Bəs oğlanın ailəsi belə bir münasibətə razıdır?
- Bu haqda danışmaq istəmirəm.

- Neçə yaşı var?
- Bir az keçəndən sonra biləcəksiniz.

- Sizin sferanızdandır?
- Bu haqda danışmaq istəmirəm.

- Necə tanış olmuşunuz?
- Çoxdan tanış idik.

- Dost idiniz, sonradan münasibətləriniz sevgiyə çevrildi?
- Bu barədə heç nə demək istəmirəm.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.