Bakıda iki ölkənin səfirliyinə məxsus avtomobillər toqquşdu

Day.Az представляет новость на азербайджанском языке

Bakıda iki səfirlik maşını toqquşub.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, 28 May küçəsi 39 ünvanında qeydə alınıb.

Rumıniyanın Bakıdakı səfirliyinə məxsus "Audi" markalı maşın Çexiya səfirliyinə məxsus "Volkswagen" markalı avtomobillə toqquşub.
 
Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.