"Şaban"ın xanımı: "Danışmamağım üçün mənə pul verirdi"

Day.Az представляет новость на азербайджанском языке

"Şaban" ləqəbi ilə tanına aktyor Kamal Sunalın həyat yoldaşı gül Sunal onunla bağlı xatirələrini bölüşüb.

Day.Az axşam.az-a isitnadən xəbər verir ki, Gül Sunal vaxtilə mərhum ərinin susması üçün ona pul verdiyini deyib:

"Danışmaq qədər gözəl şey yoxdur. Ancaq mənim susmağım üçün Kamal pul təklif edirdi. O pulu heç vaxt ala bilmədim. 10 dəqiqə susmağım üçün pul verirdi. Mən isə 5 dəqiqədən artıq dözə bilmirdim. İndi bol-bol danışa bilirəm. Kamal evdə də çox gülməli adam idi. Hər zaman mənimlə zarafatlaşırdı. Məni əyləndirirdi. Biz hələ də komik ailəyik. Ən çox bir-birimizə gülürük". 

 

Qeyd edək ki, Kamalla Gül Sunalın Ali və Ezo adlı iki uşağı var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.