Bill Geyts Altsheymerlə mübarizə üçün 100 milyon dollar bağışlayacaq

13 ноября 2017 20:44

Day.Az представляет новость на азербайджанском языке

"Microsoft" şirkətinin təsisçisi Bill Geyts "Altsheymer" xəstəliyi ilə mübarizə üçün 100 milyon dollar bağışlayacaq.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə B.Geyts özü açıqlama verib.

O, 50 milyon dolları Londonda fəaliyyət göstərən və bu xəstəliklə bağlı araşdırmalar həyata keçirən "Dementia Discovery" fonduna, qalan vəsaiti müxtəlif startaplara təqdim edəcəyini deyib.

 

Qeyd edib ki, "Altsheymer" xəstəliyi beyni hüceyrələrinin məhv olması ilə nəticələnən psixi və funksional pozuntulara gətirib çıxarır.

Bu xəstəliyin yaranmasının səbəbləri və müalicəsi hələlik məlum deyil.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.