“Qarabağ”ın oyununun yeri dəyişdirildi

Day.Az представляет новость на азербайджанском языке

Bakı Olimpiya Stadionu ilk dəfə olaraq futbol üzrə Azərbaycan Premyer Liqasının oyununu qəbul edəcək.

Day.Az yenicag.az xəbər verir ki, "Qarabağ" çempionatın 12-ci turu çərçivəsində "Sumqayıt"la ölkənin ən böyük arenasında qarşılaşacaq. Buna səbəb "Qarabağ"ın Çempionlar Liqasında "Çelsi" ilə oyun öncəsində bu arenada oynamaq istəyi olub.

Xatırladaq ki, "Qarabağ" "Çelsi"ni noyabrın 22-də Olimpiya Stadionunda qəbul edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.