10 günə qolları bu vəziyyətə düşdü

Day.Az представляет новость на азербайджанском языке

Rusiyada yaşayan 21 yaşlı gənc oğlan əzələ daxilinə kimyəvi inyeksiya edərək 10 gündə qollarını şişirdib.

Day.Az xəbər verir ki, güclü qollara sahib olmaq sevdası onu ölümə apara bilər. Belə ki, 21 yaşlı Kirill Tereşin əzələsini böyütmək üçün ən təhlükəli yolu seçib. İdmanla buna qısa zamanda nail ola bilməyəcəyini düşünən Kirill əzələsinə kimyəvi maddə yeridib.

Vücudunun şəkillərini sosial şəbəkələrdə həvəslə paylaşan gənc oğlan bundan qətiyyən narahat deyil. O, əzələsinin ölçüsüylə dünya rekordu qırmaq niyyətindədir.

Həkimlər bu yolla əzələ böyütməyin riskli olduğunu bildirir. (publika.az)

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.