Ronaldo üçün şok: onlardan geri qaldı - SİYAHI

13 ноября 2017 22:13

Day.Az представляет новость на азербайджанском языке

2017-ci ilin ən çox qol vuran futbolçuları müəyyənləşib.

Fanat.Az xəbər verir ki, mövsümü Çempionlar Liqasının və La Liqanın qalibi kimi bitirərək əksər mükafatlara sahib çıxan Kriştiano Ronaldo ilk "üçlüy"ə düşə bilməyib.

"Real"ın portuqaliyalı ulduzu Lionel Messi, Robert Levandovski və Harri Keyndən geri qalaraq 4-cü olub. Ümumilikdə 51 qol vuran Lionel Messi liderliyi heç kimə güzəşt etməyib. Onu izləyən Robert Levandovski 47, Harri Keyn 45 dəfə fərqlənib. Ronaldo da 45 qol vurub, amma Harri Keyndən çox oyun keçirdiyindən "üçlük"dən kənarda qalıb.

İlk "10-luq"da yer alan iki futbolçu diqqətləri üzərinə çəkib. Bunlardan biri Taylandın "Banqkok Yunayted" klubunda çıxış edən Draqan Boskoviçdi. 31 yaşlı futbolçu 37 oyunda 41 dəfə fərqlənərək 6-cı yerdə qərarlaşıb.

Digəri isə Taylandın "Buriram Yunayted" klubunda top qovan Jaja Koelyo olub. Klub səviyyəsində 49 oyuna çıxan 31 yaşlı braziliyalı 38 dəfə fərqlənərək 7-ci olub.

Futbolçu

Klubda oyun

Klubda qol

Millidə oyun

Millidə qol

Oyun cəmi

Qol cəmi

1

Lionel Messi

49

47

7

4

56

51

2

Robert Levandovski

40

38

6

9

46

47

3

Harri Keyn

36

38

6

7

42

45

4

Kriştiano Ronaldo

40

34

11

11

51

45

5

Edinson Kavani

43

42

8

2

51

44

6

Draqan Boskoviç

37

41

0

0

37

41

7

Jaja Koelyo

49

38

0

0

49

38

8

Pyer-Emerik Aubameyanq

41

35

4

2

45

37

9

Siro İmmobile

38

35

9

2

47

37

10

Bas Dost

38

35

5

0

43

35

11

Romelu Lukaku

37

27

8

8

45

35

12

Edin Dzeko

41

31

6

3

47

34

13

Dries Mertens

42

31

9

2

51

33

14

Radamel Falkao

38

29

5

3

43

32

15

Yonas

40

31

0

0

40

31

16

Vinsent Abubakar

43

26

14

5

57

31

17

Albert Prosa

39

30

0

0

39

30

18

Eran Zahavi

32

28

3

0

35

28

19

Serxio Aquero

37

27

3

1

40

28

20

Alexandr Lakazette

37

28

5

0

42

28

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

 

Day.Az представляет новость на азербайджанском языке