Məşhur rəssamın heyranlıq doğuran muzey kimi evi - FOTO

14 ноября 2017 07:33

Day.Az представляет новость на азербайджанском языке

Evinin necə görünməsinə hər kəs özü qərar verir. İnteryer ev sahibinin adət və zövqlərini özündə əks etdirir. Rəssamlar isə yaradıcılığını sadəcə kağız və boya ilə məhdudlaşdıra bilməyən ayrıca kateqoriyaya daxil edilir.

Day.Az publika.az-a istinadla bu yazıda oxucuları dünya şöhrətli rəssam Salvador Dalinin evi ilə tanış edir.

Dünya şöhrətli rəssam öz incilərini ispansayağı iqamətgahında yaradıb. Onun yaradıcı ideyaları təkcə tablolardan ibarət deyildi, evi də ona özünəməxsus molbert şəklində xidmət edib. Rəssam burada bir çox ideyalarını təcəssüm etdirib.

Rəssam master balıqçı komalarının birində yerləşib. Vaxt keçdikcə o, komadan sözün əsl mənasında incəsənət əsəri düzəldib. Dəhlizdə, qapının ağzında bütün qonaqları böyük ayı müqəvvası qarşılayır. Ev sahibləri bu ayından qonaqları qorxutmaq üçün deyil, daha çox çətir saxlamaq üçün çox istifadə ediblər.

Salondakı eksklüziv divanı isə rəssam özü dizayn edib.

Dalinin evinin maraqlı xüsusiyyətləri var. Evin sirrli effekti ondan ibarətdir ki, əks-səda verir. Zalın memarlıq xüsusiyyətlərindən istifadə ediləndə astadan deyilən söz burada kifayət qədər ucadan səslənir.

Salvador Dalinin evində yalnız bir yataq vardı. Burada iki çarpayı yerləşirdi: biri onun, digəri isə həyat yoldaşı Qalanın idi.

Dostları məmnuniyyətlə onlara nahara qonaq gəlirdi, amma heç bir halda gecələməyə qalmırdılar. Gecə qalmaq heç kimə icazə verilmirdi. Salvadorun muzası Qala onların çoxsaylı suallarına cavab olaraq çox sadə cavab verdi: "Bura mənim yuvamdır, burada hər biri şey yalnız mənə məxsusdur".

Rəssamın evinin həyəti də ən az otaqlar qədər böyük maraq doğurur və heyranlıq doğurur. Cütlük vaxtının çoxunu həyətdə keçirirdi. Həyətda böyük daş yumurta vardı. Onlar Salvador Dalinin yaradıcılığının rəmzləridir.

Divarları və özünün heykəltəraşlıq nümunələrini ağartmaq üçün rəssam ağappaq əhəng istifadə edib. Belə fiqurlar və heykəllər xüsusi işıqda gecə parlaq ay kimi görünürdü. Nəticə heyranedici idi.

Salvador Dalinin hər şeyə öz baxışı vardı. Bəzilərinə onun dünyagörüşü çox qəribə gəlirdi. Məsələn, həyət ekspozisiyaları və hovuzun forması da rəssama aid idi.

Hovuzda radioqəbuledici də quraşdırılmışdı, indi isə bu qutu onun emalatxanasında yer tapıb.

Həyətin yarısını İsa heykəli bəzəyir. Təəccüblü odur ki, o, zibildən düzəldilib.

Turistlər dahi rəssamın bu qəribə ev muzeyini ziyarət etməyə çalışırlar. Amma onların çoxu o fikirdədir ki, burada Dali ilə Qaladan başqa heç kim yaşaya bilməzdi. Rəssam isə həyatımın böyük hissəsini orada yaşayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.