Xərçəngin qarşısını alan ən təsirli məhsul

Day.Az представляет новость на азербайджанском языке

Bir qrup britaniyalı və norveçli mütəxəssis mədə-bağırsaq xəstəliklərinin, eləcə də xərçəngin qarşısının alınması üçün daha faydalı qidanı müəyyən edib.

Day.Az Trend-ə istinadən bildirir ki, nar, qırmızı üzümün növləri, armud, göbələk, mərci, soya və yaşıl noxud mədə-bağırsaq xəstəliklərinin profilaktikası üçün çox effektivdir.

Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, bu qidalar autofagiyaya (hüceyrənin zərərli komponentləri həzm etməsi) müsbət təsir göstərir və orqanizmdə iltihab proseslərinin inkişaf etməsinin qarşısını alır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.