Məhəmməd adı Avstriyada uşaqlara verilən ən populyar adlar sırasındadır

Day.Az представляет новость на азербайджанском языке

Müsəlman kişi adı olan Məhəmməd Avstriyanın paytaxtı Vyanda yeni doğulan uşaqlara verilən ən populyar adlar sırasına daxil olub.

Day.Az report.az-a istinadən bildirir ki, statistika bu adın son beş il ərzində təkcə oğlanlara verilən adlarda ilk onluqda olmaqla deyil, həm də siyahının zirvəsinə doğru hərəkət etdiyini göstərir.

2010-cu ildə 99, 2011-ci ildə 111, 2016-cı ildə isə 124 yeni doğulan körpəyə Məhəmməd adı verilib.

Yerli KİV qeyd edir ki, 2017-ci ilin sonunda bu ad Yaxın Şərq və Afrikadan olan miqrasiyanın hesabına daha da populyarlaşacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.