12 mişar daşını əlində belə saxlayır

Day.Az представляет новость на азербайджанском языке

Ağsunun Kalva kənd sakini Malik Qanıyev olduqca riskli və təhlükəli bir işin öhdəsindən asalnlıqla gəlir.

Day.Az xezerxeber.az-a istinadla bildirir ki, o, 12 mişar daşını əlində saxlayır.

Bir müddət öncə sosial şəbəkələrin birində 9 mişar daşını üst-üstə yığaraq öz bacarığını nümaiş etdirən bir gənci geridə qoymaq məqsədi ilə bir daş əlavə etməklə 10 mişar daşını üst-üstə yığaraq onu bir neçə saniyə saxlayıb. 12 mişar daşını qaldırmasına isə "Qarabağ" futbol klubu səbəb olub.

Dostlarına söz verən Malik ümumi çəkisi təxminən 360 kq-a yaxın olan 12 mişar daşını qaldırıb. Bunu sosial şəbəkələrə yerləşdirsə də, ona inanmayanlar da olub. O, kamera qarşısında bacarığını nümayiş etdirdi.

Onun bu qeyri-adi addımı isə ətrafdakı insnaların da marağına səbəb olur.

Malik Qanyev gələcəkdə daha çox mişar daşını qaldırmağı planlaşdırır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
12 mişar daşını əlində belə saxlayır