Robota vətəndaşlığın verilməsi səhv hərəkətdir? - VİDEO

14 ноября 2017 08:03

Day.Az представляет новость на азербайджанском языке

Səudiyyə Ərəbistan dünyanın ilk ölkəsi oldu ki, robota vətəndaşlıq verdi.
Bu üsulla ölkə öz proqressivliyini sərgiləmək və böyük infrastruktur layihələrinə investorları cəlb etmək istədi. Lakin bir sıra mütəxəssislər bunu müsbət qiymətləndirməyərək ölkəni vətəndaşlıq institutuna hörmətsizlikdə və müasir texnologiyalar haqqında yalan anlayışlar yaymaqda günahlandırdılar. Bu ayın sonunda "Hanson Robotics" tərəfindən yaradılmış Sophia adlı robot vətəndaşlıq hüquqlarını əldə etmiş ilk robot oldu. Belə ki, Səudiyyə Ərəbistan həmin robota Ər-Riyadda keçirilmiş Future Investment Initiative tədbiri çərçivəsində vətəndaşlıq verdi.

Day.Az technote.az-a istinadən bildirir ki, həmin tədbirdə dünyanın müxtəlif yerlərindən olan siyasətçilər və investorlar da var idi. Robotların hüquq məsələləri artıq bir neçə ildir ki, müzakirə olunur. Maraqlısı isə ondadır ki, bu müzakirələri təkcə mühəndislər və futuroloqlar deyil, həmdə Avropa Parlamenti də aparır. Lakin Səudiyyə Ərəbistan heç vaxt robotlarla bağlı layihələrdə indiyənə kimi iştirak etməyib və Sophia adlı robota hansı şərtlər çərçivəsində vətəndaşlığı verdiyi tam aydın deyil.

The Verge saytının verdiyi xəbərə əsasən Səudiyyə Ərəbistanın bu cür piar strategiyası müasir texnologiya anlayışına və vətəndaş cəmiyyətinə mənfi təsirlər göstərə bilər. Süni zəka sahəsində etika üzrə mütəxəssis Joanna Bryson düşünür ki, robota vətəndaşlığın verilməsi faktoru vətəndaşlığın dəyərini aşağı salır.

Bu halda robot adi insan ilə birlikdə bərabərhüquqlu canlı hesab edilir. Lakin əsl insandan fərqli olaraq onu söndürüb-yandırmaq və satmaq olar. Bryson-un sözlərinə əsasən miqrantlarla sərt şəkildə davranan Səudiyyə Ərəbistan kimi bir ölkədə bu cür hal daha da ədalətsiz görünür. The Next Web saytının redaktoru Tristan Greene Səudiyyə Ərəbistanın bu hərəkətini uzağı görə bilməmək kimi qiymətlənidirib.

"Milyonlarla qaçqının sığınacaq axtararaq vətəndaş olmaq üzrə mübarizə apardıqları bir dövrdə robota vətəndaşlıq vermək düzgün deyil" - deyə Tristan Greene öz məqaləsində qeyd edib.
Bu vəziyyətdə həmçinin Sophia özü də problem mənbəyidir. Belə ki, o, süni zəka ilə əlaqəli deyil. "Sophia bizim, robotun necə göründüyü və səsləndiyi üzrə kollektiv təsəvvürlərimizi əks etdirən, yaxşı düşünülmüş bir kukladır" - deyə The Verge saytındakı məqalədə qeyd olunub. Robot dialoqu dəstəkləsə də, söhbət zamanı onun bütün cavablarının öncədən sistemə yeridilməsi hissi yaranır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Robota vətəndaşlığın verilməsi səhv hərəkətdir?