Milli Məclisin bugünkü iclasının vaxtı dəyişdirildi

Day.Az представляет новость на азербайджанском языке

Milli Məclisin noyabrın 14-nə təyin edilən plenar iclası noyabrın 17-nə keçirilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, iclasın gündəliyinə dəyişiklik olmayıb.

İclasda İnzibati Xətalar Məcəlləsinə, Vergi Məcəlləsinə, Mülki Məcəlləyə, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Notariat haqqında" və digər qanunlara əlavə və dəyişikliklər olmaqla 30 məsələnin müzakirəsi nəzərdə tutulur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.