Bu ölkədə siqaret qadağan olundu

14 ноября 2017 09:29

Day.Az представляет новость на азербайджанском языке

Tacikistan parlamentinin aşağı palatasına "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" qanun layihəsi daxil olub.

Day.Az baku.ws-ə istinadla xəbər verir ki, sənədə əsasən, ölkənin kafe, bar və restoranlarında siqaret və qəlyan çəkmək qadağan edilir.

Qadağa inzibati binalara, dövlət və qeyri-dövlət təşkilatlarındakı iş otaqlarına, həmçinin yaşayış binalarının bloklarına, liftlərə, yeraltı keçidlərə, aeroportlara, vağzallara, sanatoriyalara, yataqxana və ictimai nəqliyyatlara da şamil olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.