Zığ-Suraxanı yolunun 2,7 km-lik hissəsinin yenidən qurulması yekunlaşır - VIDEO - FOTO

14 ноября 2017 09:54

Day.Az представляет новость на азербайджанском языке

Bakının Suraxanı rayonunun Zığ - Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2,7 km-lik hissəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir.

Day.Az "Azəravtoyol" ASC-yə istinadən xəbər verir ki, təmir-tikinti işləri zamanı yol genişlədirilərək 12 m-ə çatdırılıb.

Yolun hərəkət hissəsinin eni 9 m təşkil edir.

"Sözügedən yol uzun müddət idi ki, təmir olunmurdu və intensiv hərəkət nəticəsində asfalt-beton örtükdə qabarmış, dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində problemlər yaradırdı. Artıq bu problem tam olaraq aradan qaldırılır", - deyə məlumatda qeyd olunub.

Həmçinin bildirilir ki, aparılan işlər zamanı köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək yeni yol yatağı, qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət isə yol əsasının inşası aparılıb. Yol boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənib, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılıb.

Artıq yolun asfaltlanmasına da start verilib və bu işlər də yekunlaşmaq üzrədir. Ümumilikdə 2 qat olmaqla yolun 30 min m2-ə yaxın sahəsinə yeni asfalt-beton örtük döşənir.

Layihə çərçivəsində vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu 1.5 km-lik hissədə hər iki istiqamət üzrə 1.5 metr enində yeni piyada səkilərinin tikintisi də aparılır. Səkilərin kənarına 6.7 min p/metr yeni səki daşı düzülür.

Səth sularının yolun hərəkət hissəsindən ötürülməsini təmin etmək məqsədi ilə zəruri olan yerlərdə xüsusi quyular tikilərək 10 ədəd yağış barmaqlıqları və 10 nöqtədə 250 mm diametrli drenaj borular, həmçinin qrunt sularının ötürülməsi üçün 6 ədəd suötürücü boru quraşdırılıb. Bundan başqa gələcəkdə yola ziyan vurmadan yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün 9 yerdə ehtiyat keçidlər qoyulub.

Layihə çərçivəsində avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 8 yerdə xüsusi "cib"li dayanacaq hissələr yaradılır.

Qeyd edək ki, ötən il Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 km-lik hissəsinin tikintisi yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Ümumilikdə sözügedən avtomobil yolu 63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Zığ-Suraxanı yolunun 2,7 km-lik hissəsinin yenidən qurulması yekunlaşır