Zəlzələ baş verərkən Nurgül də İranda olubmuş

14 ноября 2017 10:29

Day.Az представляет новость на азербайджанском языке

Ötən gün İranda zəlzələ baş verən vaxt məşhur türk aktrisası Nurgül Yeşilçay da orada olub.

Milli.Az Haberler-ə istinadla bildirir ki, "Güzel Cin" filminin çəkilişləri üçün İrana gedən aktrisa İranda bədbəxt hadisə ilə üzləşib.

Zəlzələ baş verən zaman oteldə olduğunu bildirən aktrisa sağlamlığının yerində olduğunu söyləyib.

"Şükürlər olsun, yaxşıyıq. Qorxulu nəsə yoxdur. Çəkilişlər bitəndə qayıdacam".

Qeyd edək ki, İran-İraq sərhəddində baş verən zəlzələ nəticəsində 440-dan çox adam ölüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.