"Millini yaxşı oğlanlara əmanət edirəm"

Day.Az представляет новость на азербайджанском языке

Canluici Buffon gözü yaşlı şəkildə İtaliya yığmasındakı karyerasını bitirdiyini bildirib.

Milli.Az xəbər verir ki, İsveçlə oynanan matç əfsanəvi qapıçı üçün son oyun olub və "Sukadru Adzurru" Rusiyadakı DÇ-2018-ə yollana bilmədi.

"İtaliya millisini yaxşı oğlanlara əmanət edirəm. Hər zaman mənə kömək olanlara çox sağol demək istəyirəm. Çox sağolun uşaqlar, çox sağol İtaliya

Yığma komanda yenidən öz gücünə qalxacaq. Biz italyanlar həmişə yenidən doğuluruq. Mən öz yerimi Cici Donnarumaya verirəm. Mattia Perində çox yaxşı qapıçıdır". - RAİ efirində Buffon deyib.

Əfsanəvi qolkiperin İtaliya yığmasındakı karyerası 1997-ci ildə Rusiya ilə oyunla başlamışdı. Səfərdə 1:1 ev oyununda isə 1:0-lıq qalibiyyət  italyanları Fransadakı DÇ-1998-ə aparmışdı.

Qeyd edək ki, 2018-ci ilin yanvarında Cicinin 40 yaşı tamam olacaq. O, kayreasını 6-cı Dünya Çempionatında çıxış etdikdən sonra bitirməyi düşünürdü, lakin alınmadı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Карьера Буффона в сборной Италии

Буффон не сдержал слез и объявил об уходе из сборной Италии

Italy vs Sweden 0-0