Bakıda kafelərdən birində kütləvi dava

Day.Az представляет новость на азербайджанском языке

Bakının Sabunçu rayonu ərazisində kütləvi dava zamanı bıçaqlanma olub.

Day.Az Report-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü İsmayılov Mahir Etibar oğlu və 1987-ci il təvəllüdlü Paşayev İlham Ədil oğlu Balaxanı qəsəbəsində yerləşən "Qartal" kafesində tanıdıqları şəxslərlə əlbəyaxa dava ediblər.

Nəticədə M.İsmayılovun boğaz və bədən nahiyələrinə 3 bıçaq, İ.Paşayevin isə boğaz, bədən və ayaq nahiyələrinə 6 bıçaq zərbəsi vurulub. Hər iki yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, M.İsmayılovun vəziyyəti ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.