Daha iki məktəblimiz Avropa çempionu oldu - FOTO

14 ноября 2017 11:50

Day.Az представляет новость на азербайджанском языке

Paytaxt məktəbliləri Avropa çempionatında I yeri tutub.

Day.Az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 175 nömrəli tam orta məktəbin VII sinif şagirdi Rəmzi Rəhimli və 7 nömrəli tam orta məktəbin X sinif şagirdi Murad Kərimli Bakı şəhərində keçirilən pençak-silat idmanı üzrə Avropa çempionatında bütün rəqibləri üzərində qələbə qazanıblar.

Rəmzi Rəhimli 12-14, Murad Kərimli 14-17 yaş arasındakı idmançıların qatıldığı yarışlarda qələbəni təmin edib.

Qaliblərə medal və diplomlar təqdim olunub.

Qeyd edək ki, çempionatda müxtəlif yaş dərəcələri üzrə 11 ölkədən 120 idmançı mübarizə aparıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.