Ermənilərin mərmisi öz başlarına düşdü - Xeyli ölən var - YENİLƏNİB

14 ноября 2017 15:29

Day.Az представляет новость на азербайджанском языке

----------
15:29

Ermənistan ordusunun artilleriya təlimləri zamanı insident baş verib.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, insident zamanı artilleriya səhvən Ermənistan Silahlı Qüvvələrinin tank bölüyünün ərazisinə atəş açıb.

Olay Əsgəran rayonunda meydana gəlib. Hadisə zamanı çox sayda erməni əsgərin öldüyü deyilir.
Rəsmi İrəvan insidentlə bağlı heç bir açıqlama verməyib.

---------
12:52

Təlim məşqləri zamanı döyüş atışları yerinə yetirən Ermənistan ordusunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar.

Milli.Az xəbər verir ki, minaatan heyətinin səriştəsizliyi səbəbindən, atılan mərmi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən tank alayının ərazisinə düşüb.

Hələlik ölən və yaralananlar barədə hər hansı məlumat verilməsə də, hadisə ilə bağlı cinayət işi açılıb və istintaq tədbirləri həyata keçirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.