Antalyada qasırğa: 38 yaralı

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Antalya vilayətinin bəzi rayonlarında qasırğa tüğyan edib.

Day.Az Trend-ə istinadən bildirir ki, şiddətli yağıntı ilə müşayiət olunan qasırğa 38 nəfərin xəsarət almasına səbəb olub.

Təbiət hadisəsi nəticəsində Kaş, Kemer və digər rayonlarda bir çox tikililərə ciddi ziyan dəydiyi bildirilir.

 

Xəsarət alanlar arasında xarici turistlərin olmadığı qeyd olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.