Azərbaycanda bu şəxslər 700 manat cərimə olunacaqlar - Açıqlama
Day.Az представляет новость на азербайджанском языке
"Biz indiyə qədər bu cəriməni etməmişik. Amma indi dövlət qulluqçularının reyestrinin aktuallığının vaxtında təmin edilməməsi hallarına görə məsul şəxsləri 400 manatdan 700 manata qədər cərimələməyə məcbur olacağıq".
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) icraçı Vəfadar Misirov dövlət qulluğuna qəbula dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dövlət orqanları özlərinin reyestrinin aparılması üçün məsul şəxslər təyin edirlər: "Dövlət qulluqçularının reyetstri internet üzərindən işlənilir. İstənilən orqan oradakı məlumatları yeniləməyə borcludur. Bu reyetsrin aktuallığını təmin etməyən məsul şəxslər cərimələnəcəklər".
V.Misirov qeyd edib ki, DİM Prezident Administrasiyası ilə birgə dövlət qulluqçularının reyestri adlanan informasiya sisteminin idarə edilməsi ilə məşğuldur: "Ötən müddət ərzində 30 minə yaxın dövlət orqanı işçisi haqqında məlumatlar oraya daxil edilir. Dövlət orqanlardakı vakant vəzifələr hər an DİM-də onlayn formada görünür. Dövlət orqanları bu reyestri normal şəkildə idarə edirlərsə, bu məlumatlar aktual olur. Lakin müəyyən dövlət orqanları dövlət qulluqçularının reyestrinin aktuallığını təmin edə bilmirlər. Bununla bağlı həmin dövlət qurumları ilə DİM arasında danışıqlar gedir və işlər sürətləndirilir".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре