"Avroviziya"da Dağlıq Qarabağ separatçılarının bayrağının qaldırılmasının qarşısı alınacaq

14 ноября 2017 12:54

Day.Az представляет новость на азербайджанском языке

Avropa Yayım Birliyi (AYB) "Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2017"də işğal altındakı Dağlıq Qarabağda mövcud olan separatçı rejimin bayrağının qaldırılmasının qarşısını alacaq.

Day.Az xəbər verir ki, bu barədə AYB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

"AYB Avroviziya müsabiqəsinin canlı yayımına maneə yaradan istənilən bayrağı aradan qaldırmaq hüququnu özündə saxlayır. Bura tamaşaçılar üçün təhqir hesab olunan və ya siyasi, kommersiya xarakteri daşıyan istənilən formada bayraqlar daxildir", - deyə AYB-nin şərhində deyilir.

Qeyd edək ki, "Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2017" noyabrın 26-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək. "Avroviziya" müsabiqəsinin Ermənistan üzrə rəsmi saytında qeyd olunub ki, ölkəni müsabiqədə təmsil edəcək 9 yaşlı Mişa (Mixael Qriqoryan) Stepanakertdə (Xankəndi) Qriboyedov adına 3 saylı məktəbdə təhsil alır və "Artsaxın səsləri" qrupunun fəal üzvüdür. 

"Avroviziya" müsabiqəsi çərçivəsində Ermənistan təmsilçiləri dəfələrlə separatçı rejimin bayrağını dalğalandırıblar. Bu bayraq müsabiqənin qadağan olunmuş bayraqları siyahısına daxil edilib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.