Sabahdan evlərə istilik veriləcək

14 ноября 2017 13:13

Day.Az представляет новость на азербайджанском языке

Noyabrın 15-dən etibarən ölkə ərazisində binalara istilik sisteminin verilməsinə başlanılacaq.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin (ASC) abonentlərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev bildirib.

Şöbə müdiri qeyd edib ki, noyabrın 15-i səhər saatlarından artıq qazanxanalar işə salınacaq: "Səhər saatlarından istilik sisteminin verilməsinə başlanılacaq. Yaxın 2-3 gün ərzində bütün binalar istiliklə təchiz ediləcək. Artıq sistemin xətləri yoxlanılıb, nasazlıqlar tam aradan qaldırılıb və xətlər hazır vəziyyətə gətirilib".

R.Əliyev bildirib ki, yaxın iki gün ərzində xətlərdə suyun təzyiqi nizamlanacaq, istilik dərəcəsi normallaşdırılandan sonra binalar istiliklə təmin olunacaq.

Şöbə müdiri bildirib ki, Bakı və Abşeron yarımadası ilə yanaşı, 43 rayonda istilik qazanxanaları var və həmin qazanxanalar da noyabrın 15-dən işə salınacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.