“Sevgilim çox qısqancdır” - Yeni klipində soyunan Afaq Aslan - VİDEO

14 ноября 2017 13:26

Day.Az представляет новость на азербайджанском языке

Mənim seçimimə qalsa, mən daha açıq-saçıq və fərqli iş təqdim edərdim. Bizdə açıq-saçıqlıq elə də qəbul olunmadığına görə daxilimdə olan və arzuladığım Afaqın bir hissəsini tamaşaçılara təqdim elədim.

Bu sözləri "ARB Ulduz"un "Şou məkan" verilişinə açıqlaması zamanı müğənni Afaq Aslan deyib.

Yeni klipindən ağız dolusu danışan sənətçi, insanların onun geyiminə daha çox fikir verdiklərini bildirib:

"Klipin estetik görünüşü daha açıq-saçıq ola bilərdi. Ancaq bu tip kliplər, kadrlar bizim insanlarda qıcıq yaradır. Deyirlər ki, niyə soyundu, yenə açıq-saçıq geyindi. Mahnı qalır bir kənarda, insanların fikri klipə yönəlir, yenə də mənim geyimlərimi müzakirə etməyə başlayırlar, mahnıdan danışan olmur".

Belə məlum olur ki, Afaq Aslan sevgilisinin təsiri altında açıq-saçıq səhnə və geyimlərdən imtina edərək, sərhədləri aşmaq istəməyib:

"Əslində, sevgilim çox qısqancdır. Mənim kimi qızı qısqanmamaq olar? Klipin çəkilişləri vaxtı hər 10-15 dəqiqədən bir zəng edirdi ki, hər şey yaxşıdır, nəyəsə ehtiyac var? Burdan o insana demək istəyirəm ki, mən onu çox sevirəm. Həyatımda yeganə insandır ki, mən 3 ay gecə-gündüz o insan üçün dayanmadan ağlamışam".

Müğənni ilə olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: