Daha 2 erməni hərbçisi döyüş postunda yaralandı

Day.Az представляет новость на азербайджанском языке

İşğalçı Ermənistan ordusunun daha 2 hərbi qulluqçusu döyüş postunda odlu silah yarası alıb.

Milli.Az xəbər verir ki, bu məlumatı sosial mediada paylaşanın yazdığına görə, Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Madagiz yaşayış məntəqəsində döyüş mövqeyində xidmət edən iki ermənistanlı hərbi qulluqçu odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Postdan qayıdıb silahı boşaldarkən ehtiyatsızlıq səbəbindən avtomatdan açılan atəşdən yaralandığı iddia edilən Çarents Nazaryan və Armen Arakelyan hərbi hissənin tibb məntəqəsinə gətiriliblər. Vəziyyətlərinin orta olduğu bilidirilir.

İctimaiyyətdən gizlətmək məqsədilə hadisənin səbəblərini qərargah zabitləri özləri araşdırırlar.

Qeyd edək ki, Ermənistan ordusunda hərbi qulluqçuların bir-birini güllələməsi halları artıq təsadüf yox, adət halını almağa başlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.