Cənubi Koreyada tıbb bacıları məmurlar üçün səhnədə çılpaq rəqs etdi - FOTO

14 ноября 2017 13:53

Day.Az представляет новость на азербайджанском языке

Cənubi Koreyada tibb bacıları yüksək rütbəli məmurların qarşısında erotik rəqs etməyə məcbur olunub.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Koreyalı tibb bacıları dərnəyi Koreyanın Çunçeon şəhərində yerləşən "Hallym University's Sacred Heart Hospital"ındakı biabırçılıqla bağlı araşdırma tələb edib.

Tələbdə bildirilib ki, bu tibb bacılarının şərəf və ləyaqətlərinin alçaldılması deməkdir.

Qeyd edək ki, videonun sosial şəbəkələrdə yayılmasından sonra qalmaqal yaranıb. Video ötən ay idmanla bağlı tədbirlərin birində çəkilib. Əvvəlcə əyinlərində paltar olan tibb bacıları daha sonra büsqaltersiz halda rəqs ediblər.

Milli.Az görüntüləri təqdim edir:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.