Aktrisa ərinin xəyanətinə inanmadı - "Keçmiş arvadının işidir"

14 ноября 2017 14:41

Day.Az представляет новость на азербайджанском языке

Aktrisa Yeliz Yeşilmen əri Ali Uğur Akbaş tərəfindən aldadılması iddiasını qəbul etməyib.

Day.Az axşam.az-a istinadən bildirir ki, "Söylemezsem olmaz" verilişində aktrisanın ərinin ona başqa qadınla xəyanət etdiyi deyilib. Üstəlik, Ali ilə gənc qadının bir-birlərinə çılpaq fotolarını göndərdiyi söylənilib. Verilişdə etik olmadığı üçün həmin şəkillər və mesajlar yayımlanmayıb. Yeliz məsələ ilə bağlı bunları deyib:

"O görüntülər montajdır. Bunu edən şəxs isə Alinin keçmiş arvadı Gülbindir. Aramızı vurub, bizi ayırmağa çalışır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.