Tramp: “Qayıtdıqdan sonra Ağ evdə çox əhəmiyyətli bir açıqlama verəcəm”

14 ноября 2017 15:34

Day.Az представляет новость на азербайджанском языке

ilipindən qayıtdıqdan sonra Ağ evdə çox əhəmiyyətli bir açıqlama verəcəm.

Day.Az report-a istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.

O, Çin, Cənubi Koreya, Vyetnam və Filippini əhatə edən iki həftəlik səfəri zamanı ABŞ-la iqtisadi əməkdaşlıq edən bütün ölkələrin əvvəllər qəbul etdikləri qanunların dəyişdiyini və bunu yeni öyrəndiyini vurğulayıb.

D.Tramp Filippinin paytaxtı Manilada yaydığı "Twitter" paylaşımında bildirib: "ABŞ-la əlaqələr ədalətli və qarşılıqlı olmalıdır. ABŞ-ın xarici ticarət defisiti təcili olaraq, azaldılmalıdır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.